Joze Mourinyonun komandası Griqori Monzanonun "çörəyinə bais oldu!"

Joze Mourinyonun komandası Griqori Monzanonun "çörəyinə bais oldu!"
İspaniya La Liqası çərçivəsində "Santyaqo Bernabeu"da Madrid "Real"ına 1:4 hesabı ilə məğlub olan "Atletiko Madrid" futbol klubunun baş məşqçisi Qriqori Monzanonun istefaya göndərilməsi artıq bir nömrəli məsələ kimi klub rəhbərliyinin gündəmindədir. Siasport.az saytı xəbər verir ki, onsuz da neçə müddət idi ki, "Atletiko Madrid" rəhbərliyinin istefaya göndərmək istədiyi G.Monzanonun, kral klubuna bu məğlubiyyətdən sonra artıq özünə yeni iş yeri axtaracağı olduqca real görünür. İngiltərənin "The Sun" qəzeti iddia edir ki, qarşılaşma bitəndən sonra, klub rəhbərliyi G.Monzanonun istefaya göndərilməsi və qış transfer mövsümünə qədər onun səlahiyyətlərinin müvəqqəti olaraq köməkçilərindən birinə həvalə olunması barədə qərar çıxarıb. İngilis qəzeti iddia edir ki, artıq G.Monzanonun özü də bundan sonra klubda qalmağının komandaya mənfi psixoloji durum yaratmaqdan başqa heç bir nəticə verməyəcəyi qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə