"Trabzonspor"u məğlub edən "Beşiktaş" üçün növbəti hədəf "Makkabi"dir!

"Trabzonspor"u məğlub edən "Beşiktaş" üçün növbəti hədəf "Makkabi"dir!
Dünən əzəli rəqiblərindən olan "Trabzonspor"u Trabzon şəhərinin "Avni Akner" stadionunda məğlub edən İstanbulun "Beşiktaş" futbol klubunda, işlər yolunda gedir. Siasport.az saytı xəbər verir ki, "Beşiktaş"ın 1:0 hesablı qələbəsindən sonra jurnalistlərə açıqlama verən baş məşqçi Karvahal komandasının əla formada olduğunu deyərək, UEFA Çempionlar Liqasında əla mövsüm keçirən, keçən həftə "İnter" kimi bir komandanı küncə sıxan "Trabzonspor" kimi bir komandaya qalib gəlmələrinin yaxşı göstərici olduğunu deyərək, eyni zamanda bir sıra psixoloji gərginlik içərisində olduqlarını da etiraf edib. O bildirib ki, qarşıdakı günlərdə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsraildə "Makkabi" ilə keçirəcəkləri oyunun onların qrupdan çıxmaları üçün olduqca vacib qarşılaşma olacağını deyib. Karvahal, artıq bütün güclərini "Makkabi" üzərində qələbə qazanmaq üçün səfərbər edəcəklərini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə