İspaniya çempionatı: “Real”dan paytaxt derbisində böyük hesablı qələbə - VİDEO

İspaniya çempionatı: “Real”dan paytaxt derbisində böyük hesablı qələbə - VİDEO

İspaniya çempionatının 15-ci turu çərçivəsində paytaxt derbisində "Real" "Atletiko"nu barmadağın edib. Joze Mourinyunun komandası "Santyaqo Bernabeu"da prinsipial rəqibinin qapısından dörd top keçirib - 4:1. "Atletiko" oyunun böyük hissəsini azlıqda keçirib. Qapıçı Tibo Kurtua Kərim Benzemaya qarşı kobudluğa görə 21-ci dəqiqədə meydandan qovulub.


Oyunda hesabı "Atletiko" açıb. 16-cıü dəqiqədə Adrian fərqlənib. "Real" bərabərliyi rəqib qapıçının meydandan qovulmasına səbəb olan penaltidən Kriştianu Ronaldunun qolu ilə bərabərləşdirib. Bundan sonra "Real"ın heyətində Anjel Di Mariya (49-cu dəqiqə), Qonsalo İquain (65-ci dəqiqə) və daha bir dəfə Kriştianu Ronaldu (82-di dəqiqə, penalti) fərqləniblər. Sonuncu qol ərəfəsində qonaqların müdafiəçisi Diyeqo Qodin Qonsalo İquainə qarşı kobudluğa görə meydandan qovulub və "Atletiko" son dəqiqələri 9 nəfərlə keçirməli olub.


Bütün xəbərlər Facebook səhifəmizdə