“Pari San-Jermen”dən Devid Bekhemə fantastik təklif

“Pari San-Jermen”dən Devid Bekhemə fantastik təklif

Fransanın "Pari San-Jermen" (PSJ) klubu "Los Anceles Qalaksi" ilə müqaviləsi başa çatan Devid Bekhemi heyətinə qatmaq istəyir. Məlumata görə, Fransa təmsilçisi 36 yaşlı ulduz futbolçuya 18 aylıq müqavilə təklif edib.


Bu il klubun direktorlar şurasının sədri seçilən ərəb şeyxi Naser əl-Xelayfi mövsüm öncəsi komandanı ulduz futbolçularla gücləndirib. Əl-Xelayfinin şəxsən özünün Devid Bekhemi komandada görmək istədiyi bildirilir. Məhz bu səbəbdən Paris təmsilçisi Bekhemi komandaya cəlb eləmək istəyir. Klub rəhbərliyi ulduz futbolçuya 18 aylıq müqavilə qarşılığında 14 milyon avro təklif edib.


Keçidin baş tutacağı təqdirdə Bekhem illik 9,3 milyon avroluq məvaciblə ən çox gəlir əldə edən futbolçulardan biri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə