İngiltərə çempionatı: “Arsenal” məğlubiyyətdən çətinliklə qurtuldu

İngiltərə çempionatı: “Arsenal” məğlubiyyətdən çətinliklə qurtuldu

İngiltərə çempionatının 13-cü turu çərçivəsində Londonun "Arsenal" klubu "Fulhem"lə heç-heçə oynayıb. "Emireyts" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Hesabı 65-ci dəqiqədə "Arsenal"ın müdafiəçisi Tomas Vermalen açıb. Amma o topu rəqib qapısından yox, öz qapısından keçirilib. Eyni oyunçu 82-ci dəqiqəsində səhvini düzəldib və hədəfi düz seçib. Tomas Vermalen komandasının bərabərlik qolunu vurub və "Arsenal"ı məğlubiyyətdən qurtarıb.


"Arsenal" 23 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsindədir. "Fulhem" isə 12 xalla 15-ci yeri tutur.

Günün digər oyunlarının nəticələri:


"Stok Siti" - "Blekbörn" 3:1

"Sanderlend" - "Uiqan" 1:2

"Vest Bromviç" - "Tottenhem" 1:3

"Norviç Siti" - KPR 2:1

"Mançester Yunayted" - "Nyukasl" 1:1

"Çelsi" - "Vulverhempton" 3:0

"Bolton" - "Everton" 0:2.

Bütün xəbərlər Facebook səhifəmizdə