"Turan" "məğlubiyyətə son" dedi

"Turan" "məğlubiyyətə son" dedi

Bu gün Premyer Liqada XIV turun oyunlarına start verilib. Klublarımız son günlərdə ölkəmizdə hökm sürən qarlı-şaxtalı havada ilk sınağa çıxıblar. Paytaxtdan kənarda keçirilən turun ilk günündə oyunların biri Sumqayıtda, ikisi əyalətdə baş tutub. Qarşılaşmaların heç birində meydan sahibləri qələbə qazana bilməyib.


Gəncədəki qarşılaşma "Kəpəz"in yeni baş məşqçisi Mirbağır İsayevin nəinki indiki postunda, ümumiyyətlə Premyer Liqada çalışdırıcı kimi debütü ilə əlamətdar olub. Lakin meydan sahibləri Qərb derbisindəki "siftə"ni qələbəylə əlamətdar edə bilməyiblər. Buna 1 turluq fasilədən sonra iş başına qayıdan Əsgər Abdullayev və yetirmələri imkan verməyib.


Premyer Liqanın debütantları "Sumqayıt Şəhər"lə "Rəvan"ın görüşündəsə cəmi 1 qol vurulub. Bu da qələbə üçün qonaqlara kifayət edib.


Günün son matçı liderin ardıcıl 3-cü xal itkisi ilə əlamətdar olub. Son 2 oyunda cəmi 1 xal qazanan "Xəzər Lənkəran" "Simurq"la səfər oyununda da qalib gələ bilməyib. Qonaqlar ilk yarıda 2 cavabsız qol vursa da, fasilədən sonra bu üstünlüyü əldən veriblər.


"Simurq" - "Xəzər Lənkəran" 2:2

Robertas Poşkus, 64; Rasim Ramaldanov, 82 - Katalin Doman, 20, Antonio Semedo, 43


"Kəpəz" - "Turan" 1:1

Junivan Suares, 26 - Seymur Tağıyev, 90


"Sumqayıt Şəhər" - "Rəvan" 0:1

Şeriff Suma, 18

Bütün xəbərlər Facebook səhifəmizdə