"PSJ" Devid Bekhemi transfer etmək istədiyini rəsmən açıqladı!

"PSJ" Devid Bekhemi transfer etmək istədiyini rəsmən açıqladı!
Nəhayət ki, Fransanın "PSJ" futbol klubu, hazırda ABŞ-ın "La Qalakts" futbol klubunda çıxış edən məşhur ingilis futbol ulduzu Devid Bekhemi qış transfer dövründən sonra heyətinə qatmaq istədiyini rəsmi şəkildə açıqlayıb. Siasport.az saytı xəbər verir ki, neçə müddət idi ki, Avropa mətbuatında D.Bekhemin hansısa Avropa klubuna qayıdacağı barədə məlumatlar dolaşmaqda idi.
"PSJ" futbol klubunun idman direktoru Leonardo, ingilis "The Sun" qəzetinə verdiyi açıqlamada rəsmi şəkildə D.Bekhemin fransız klubuna cəlb olunması üçün ABŞ klubuna rəsmi müraciət göndərdiklərini dilə gətirib. O bildirib ki, ABŞ klubu ilə müqaviləsi gələn ay sona çatan ingilis futbol ulduzu ilə görüşərək onun fransız klubuna transfer olunması üçün razılığını alıblar və bundan böyük məmnunluq duyurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə