Hazırda həbsxanada olan İstanbulun "Fənərbaxşa" futbol klubunun prezidenti Əziz Yıldırım, gələn ilin may ayında yenidən klub prezidentliyinə namizədliyini irəli sürəcəyi barədə açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, qanunsuz oyun alqı-satqısı üzrə ittiham olunaraq Metris həbsxanasında saxlanılan Ə.Yıldırımın vəkili vasitəsi ilə açıqladığı bu bəyanat Türkiyə mətbuatında da böyük rezonans yaradıb.Türkiyə mətbuatı yazır ki, "Fənərbaxça" prezidenti, vitse prezident İlhan Ekşioğlu ilə söhbətində artıq bu məsələdə qərarlı olduğunu, var gücü ilə yenidən "Fənərbaxça" prezidenti seçilmək üçüm çalışacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB