"Qalatasaray" Meloya verilən cəzanı əsassız sayır

"Qalatasaray" Meloya verilən cəzanı əsassız sayır
İstanbulun "Qalatasaray" futbol klubu, Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən braziliyalı futbolçusu Meloya verilmiş cəzaya etiraz olaraq TFF-nin Nizam İntizam Komitəsinə şikayət ərizəsi ilə müraciət edib. Siasport.az saytı xəbər verir ki, "cim bom" rəhbərliyi keçən həftə oynanılan "Beşiktaş"-"Qalatasaray" derbisi zamanı meydandakı kobud davranışlarına görə TFF tərəfindən bir oyunluq cəzaya məruz qalan braziliyalı futbolçunun cəzasının ləğv edilməsində qərarlıdır.
"Qalatasaray"ın vitse-prezidenti Ali Dürüst jurnalistlərə bildirib ki, "Qalatasaray"lı futbolçuya göstərilən bu cəza tam əsassızdır və İstanbul klubuna qarşı qərəzli xarakter daşıyır. O bildirib ki, TFF-də əyləşən bəzi qüvvələr var gücləri ilə "Qalatasaray"a zərbə vurmağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə