AFFA nümayəndəsi Avropa Liqasında keçiriləcək “Rubin” –“Şemrok Rovers” qarşılaşmasına təyinat alıb

AFFA nümayəndəsi Avropa Liqasında keçiriləcək “Rubin” –“Şemrok Rovers” qarşılaşmasına təyinat alıb
AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Elçin Məmmədov UEFA Avropa Liqasının A qrupunda keçiriləcək "Rubin" (Rusiya)–"Şemrok Rovers" (İrlandiya) oyununa Avropa futbol qurumu tərəfindən tədbirin direktoru (UEFA Venue Director) təyinatını alıb. Siasport.az saytı xəbər verir ki, bu UEFA tərəfindən Azərbaycan təmsilçisinə göstərilən kifayət qədər ciddi etimad sayılmalıdır. Xatırladaq ki, bu qarşılaşma oyun noyabrın 30-da Rusiyanın Kazan şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə