Bakıya yağan qar futbol matçını təxirə saldı

Bakıya yağan qar futbol matçını təxirə saldı

Bu gün saat 12:00-da keçirilməli olan "Sumqayıt Şəhər" – "Rəvan" əvəzedici heyətlər arasındakı qarşılaşma pis hava şəraiti səbəbindən təxirə salınıb. "Rəvan" klubundan verilən məlumata görə, qarşılaşmanın 26 noyabr saat 14:00-da keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, əsas komandaların oyunu sabah 25 noyabrda saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə