Əlillərin stolüstü idman növləri üzrə III Ümumrespublika yarışları başa çatıb

Əlillərin stolüstü idman növləri üzrə III Ümumrespublika yarışları başa çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlillərin stolüstü idman növləri (şahmat, dama, nərd və armrestlinq) üzrə III Ümumrespublika yarışları başa çatıb. SİA-nın xəbərinə görə, ilk mərhələdə 1100 nəfərdən artıq əlilin iştirakı ilə oktyabr ayının 4-20-si tarixlərində respublikanın 10 bölgəsində keçirilən zona turnirlərində 71 nəfər əlil idmançı final yarışında iştirak etmək hüququ qazanıb. Onlardan 20 nəfəri Qarabağ, 4 nəfəri Çernobıl, 3 nəfəri hərbi xidmət, 1 nəfəri uşaqlıqdan, 38 nəfəri ümumi səbəbdən əlil, 5 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqdır.

Final görüşlərində respublikanın şəhər və rayonlarından şahmat növündə 15 nəfər kişi, 3 nəfər qadın, dama növündə 14 nəfər kişi, 3 qadın, nərd növündə 17 nəfər və armrestlinq növündə 19 nəfər güclərini sınayıblar. Yarışların qalibləri olan 22 nəfər əlilə mükafatlar, həmçinin yarışlarda iştirak edən 5 nəfər sağlamlıq imkanları məhdud uşağa həvəsləndirici mükafatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə