Qadınların Super Liqasının başlanması ilə əlaqədar iclas keçirilib

Qadınların Super Liqasının başlanması ilə əlaqədar iclas keçirilib
Azərbaycan Çempionatı 2011-2012 Qadınların Super Liqa yarışlarının start götürməsi ilə əlaqədar olaraq Azərbaycan Voleybol Federasiyasında Hakimlərin iclası keçirilib.
Azərbaycan Voleybol Federasiyasının Vitse Prezidenti, Hakimlər Kollegiyasının Sədri Vaqif Əliyevin idarə etdiyi iclasda ilk olaraq oktyabr ayında keçirilən Hakimlərin Respublika seminarı barəsində danışılıb. Bildiyimiz kimi seminardan sonra bu il Ölkə Çempinatını idarə edəcək hakimləri təyin etmək üçün test imtahanları verib. Test imtahanlarının nəticələrinə görə Azərbaycan Çempionatının hakimləri təsdiq olunub.

I və II hakimlər

Eldar Züfüqarov (B.D.H)

Selin Konstantin (B.D.H)

Vüqar Cəfərov (B.D.H)

Səbuhi Əliyev

Ceyhun İsmayılov

Murad Abdurahmanzadə

Zaur Hacıyev

Rüstəm Cəfərov

Fuad Əliyev

Fuad Ağayev

Dilqəm Qəhrəmanov

İftixar Abdullayev

Ruhinq Xəlilov



Qeyd edək ki, iclasın sonunda 26 noyabr 2011-ci il tarixdə keçiriləcək yarışları idarə edəcək hakimlərin adları açıqlanıb.

26.11.2011

14:00 "Rabitə"- "Lokomotiv-Biləcəri"

I hakim: Zaur Hacıyev.

II hakim: Ceyhun İsmayılov

16:00 "İqtisadçı"-"Azəryolservis"

I hakim: Murad Abdurahmanzadə

II hakim: Vüqar Cəfərov

18:00 "Lokomotiv"-"Bakı"

I hakim Selin Konstantin

II hakim Eldar Zülfüqarov

Oyunlar Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə