Respublika Şahmat Mərkəzində Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan dama növü üzrə yarışın qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən spartakiadada 11 komandanın tərkibində 66 idmançı mübarizə aparıb. Yarışın nəticələrinə görə 1-ci yerə Səbail rayonu 189, 2-ci yerə Qaradağ rayonu 106, 3-cü yerə isə Suraxanı rayonu 282 nömrəli məktəbin komandası çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB