Basketbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib

Basketbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib

Dünən kişi basketbolçuları arasında XIX Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Araz -Bakı Dövlət Universiteti, Qala-Naxçıvan Türk Liseyi, Çağ Öyrətim-AZTOP komandaları qarşılaşacaqlar. Xatırladaq ki, çempionatın I dövrəsinin oyunları noyabrın 26-dan dekabrın 24-dək Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə