Londonda idmanın 18 növü üzrə Olimpiya oyunlarına test turnirləri keçirilir. Siasport.az saytı xəbər verir ki, bu gün dəri əlcək ustaları arasında "London Boxing İnternational İnvitational" turniri başlayıb. Kişilər 10, qadınlar isə 3 çəki dərəcəsində güclərini sınayırlar. Təşkilatçıların tələblərinə əsasən, hər bir ölkə yarışa məhdud sayda boksçu ilə qatıla bilər. Bu səbəbdən Azərbaycanı Londonda 4 boksçu – Tural Əhmədov (52 kq), İsmət Eynullayev (64 kq), Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91 kq) təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB