Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada yerli "Milan" futbol klubunu 3:2 hesabı ilə məğlub edən İspaniyanın "Barselona" futbol klubunun, neçə illərdir ki, Milan təmsilçisinə qarşı aqressiv oyun nümayiş etdirməsi heç də səbəbsiz deyilmiş. Siasport.az saytı xəbər verir ki, "Milan"-"Barselona" qarşılaşmalarının olduqca gərgin şəkildə keçməsi, nə Xose Quardiola ilə Zlatan İbrahimoviç arasındakı soyuq münasibətlərlə, nə də Avropada əzəli rəqib olan iki nəhəng futbol klubu olmaları ilə bağlı deyil.
Sən demə katalon klubu UEFA Çempionlar Liqasında ən ağır məğlubiyyətini, bu turnirin 1994-cü ildə keçirilmiş finalında məhz Milan təmsilçisindən alıbmış. Özü də qapısından 4 cavabsız top buraxmaqla. Qeyd edək ki, neçə illərdir "Barselona"nın İtaliya futbol klubuları ilə, xüsusi ilə "Milan"la olan qarşılaşmaları olduqca aqressiv və gərgin idman mübarizəsi şəraitində keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB