Çempionlar Liqasında həyəcan bu gecə davam edəcək

Çempionlar Liqasında həyəcan bu gecə davam edəcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq. Məlumata görə, qarşılaşmalar E, F, G və H qruplarında baş tutacaq. E qrupunda "Bayer" (Leverkuzen) və "Çelsi" klubları qarşılaşacaq. Digər oyunda isə "Valensiya" "Genk"i qəbul edəcək.

F qrupunda isə "Arsenal" "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək. Qrupun digər oyununda isə Marsel "Olimpik"i Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək.

G qrupunda Rusiyanın "Zenit" klubu Kiprin APOEL kollektivini, Portuqaliyanın "Portu" klubu isə Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək.

H qrupunda isə günün mərkəzi qarşılaşması olan "Barselona" "Milan" matçı keçiriləcək. Digər oyunda isə Belarusun BATE və Çexiyanın "Viktoriya" klubları üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə