Bu gün axşam UEFA Çempionlar Liqasının H qrupu çərçivəsində İtaliyada "Milan"a qarşı oynayacaq İspaniyanın "Barselona" futbol klubunda bu qarşılaşmaya yüksək hazırlıq görülür. Siasport.az saytı xəbər verir ki, futbol ictimaiyyəti bu qarşılaşmanı daha çox, bir-biri ilə olduqca soyuq münasibətlərdə olan isveçli Zlatan İbrahimoviçlə Xose Quardiolanın mübarizəsi kimi təqdim edirlər. Məsələ burasındadır ki, bir neçə il bundan əvvəl "Barselona"nın heyətində çıxış edən, lakin X.Quardiola ilə aralarındakı şəxsi gərginlik üzündən katalon klubunu tərk edərək hazırda çıxış etdiyi "Milan"a transfer olunan isveçli futbolçu, hər zaman X.Quardioladan incik olduğunu dilə gətirib. X.Quardiola da bu gün keçirdiyi mətbuat konfransında bundan xəbəri olduğunu, hətdda Z.İbrahimoviçin onlara qarşı xüsusi motivasiya ilə oynayacağını düşündüyünü dilə gətirib. O, bütün bunlara baxmayaraq Z.İbrahimoviçin əla texnikaya malik olan yüksək bacarıqlı futbolçu olduğunu da jurnalistlər qarşısında etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB