İşsizlikdən bezən Quss Hiddink yenə üzünü Roman Abramoviçə çevirib...
Uğursuz çıxışından sonra futbol üzrə Türkiyə millisinin sükanı arxasından qovulan Qus Hiddink, qısa vaxtda işsizlikdən elə bezib ki, indi də imdadı Roman Abromoviçdə axtarır. Siasport.az saytı xəbər verir ki, hollandiyalı Q. Hiddink Rusiya mətbuatına verdiyi açıqlamasında yenidən "Çelsi"yə qayıda biləcəyini açıqlayıb: "Hazırda klubsuzam və ola bilsin ki, yenidən "Çelsi"yə qayıdım. Londona gedəndə "Çelsi"nin sahibi Roman Abramoviç məni çox səmimi qarşılayır və yola salırdı. Onunla çalışarkən çox xoşbəxt idim. Kim bilir, bəlkə də yenidən onunla birgə çalışdım. Açığı, Abramoviçlə işləmək istəyirəm. Ancaq hələlik karyeram barədə qəti qərarımı verməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB