Elxan Məmmədov və Berti Foqts Lüksemburqa gedirlər

Elxan Məmmədov və Berti Foqts Lüksemburqa gedirlər
Noyabrın 25-də Lüksemburqda futbol üzrə dünya çempionatının seçmə mərhələsinin "F" qrupunun təqviminin müzakirəsi məqsədi ilə görüş keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak edəcəklər. Xatırladaq ki, bu qrupda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq milli komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə