"Əsl "Fənərbaxça"lı olduğumu göstərmək üçün "Qalatasaray"a qol vurmaq istəyirəm"
İsatnbulun "Fənərbaxça" futbol klubunun nigeriyalı futbolçusu Henri Binevenu, "sarı lacivərtlilərin" əzəli rəqibi olan "Qalatasaray" haqqında bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, son günlər oynadığı oyunla və ardıcıl qollar vurmaqla məşqçilər korpusunun və "Fənərbaxça" azarkeşlərinin sevimlisinə çevrilən qaradərili futbolçu, yalnız "Türk Telekom Arena"da "Qalatasaray"a qol vurandan sonra əsl "Fənərbaxça"lı kimi başını dik tutacağını bildirb: "Əsl hədəfim "Fənərbaxça" azarkeşlərinin arzusunu yerinə yetirərək, "Türk Telekom Arena"da "Qalatasaray"a qol vurmaq və qələbə qazanmaqdır. Buraya gəlməmişdən əvvəl də bilirdim ki, "Fənərbaxça" və "Qalatasaray" arasında əzəli rəqabət mövcuddur. İndi özümü sübut etmək və əsl "Fənərbaxça"lı olduğumu göstərmək üçün "Qalatasaray"a öz meydanında qol vurmaq istəyirəm"-deyə "Fənərbaxça"lı futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB