Noris Kabreranın Polşanın “PTPS Pila” komandasına keçidi baş tutmayıb

Noris Kabreranın Polşanın “PTPS Pila” komandasına keçidi baş tutmayıb
Qadınlardan ibarət "Azərreyl" və "Bakı" voleybol klublarının sabiq oyunçusu Noris Kabreranın Polşanın "PTPS Pila" komandasına keçidi baş tutmayıb. Siasport.az saytı xəbər verir ki, Kuba millisinin üzvü son anda müqaviləyə imza atmaqdan imtina edib və bundan sonrakı koryerasını Türkiyədə davam etdirməyə qərar verib. O, bunu qonşu ölkənin ikinci liqasında mübarizə aparan "İdmanocağı" komandasından aldığı sərfəli təkliflə əlaqələndirib. Beləliklə, Azərbaycanda çıxışı uğursuz alınan legioner növbəti bir ildə Türkiyədə çıxış edəcək. N.Kabrera ötən mövsümün əvvəlində "Azərreyl"ə transfer edilsə də, ikinci dövrədə "Bakı"ya keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə