Əlillər arasında idmanın stolüstü növləri üzrə III respublika yarışları başlayıb

Əlillər arasında idmanın stolüstü növləri üzrə III respublika yarışları başlayıb
Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əlillər arasında idmanın stolüstü növləri - şahmat, dama, nərd və armrestlinq üzrə III Respublika yarışları başlanılıb. Siasport.az saytı xəbər verir ki, bu ilin oktyabr ayında respublikanın 10 bölgəsində zona turnirləri keçirilib. Turnirlər nəticəsində 71 nəfər əlil idmançı final yarışında iştirak etmək hüququ qazanıb. İki gün davam edəcək yarışların qaliblərinə idmanın 4 növü üzrə 22 mükafat, həmçinin sağlamlığı məhdud olan uşaqlara həvəsləndirici mükafatlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə