17 və 19 yaşadək futbolçularımızın rəqibləri noyabrın 29-da müəyyənləşəcək
Noyabrın 29-da İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2012/2013-cü il mövsümünün püşkatma mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycanın U-17 komandası "B" səbətində Ukrayna, Rusiya, Lüksemburq, Uels, İsveç, İsrail, İslandiya, Estoniya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, Bolqarıstan, Latviya, Qazaxıstan, Litva, Kipr, Malta, Farer adaları, Ermənistan, Andorra, Albaniya, Moldova, Makedoniya, San-Marino və Lixtenşteyn milliləri ilə birgə yer alıb. U-19 millimiz isə "A" səbətində İngiltərə, Fransa, Belçika, Portuqaliya, Hollandiya, İrlandiya, Almaniya, Ukrayna, Yunanıstan, Çexiya, Norveç, Rusiya, İtaliya, Xorvatiya, İsveçrə, Şotlandiya, Slovakiya, Avstriya, Macarıstan, Danimarka, Polşa, Uels və Finlandiya komandaları ilə birgə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB