Rusiya Prezidenti Dmitri Medvedev Qorki-9 iqamətgahında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roggeni, habelə daha üç beynəlxalq federasiyanın başçısını Dostluq Ordeni ilə təltif edib. Siasport.az saytı xəbər verir ki, Dmitri Medvedev mükafatları Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tamaş Ayana (Macarıstan), Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının prezidenti Lamil Diaka (Seneqal) və Beynəlxalq Xokkey Federasiyasının prezidenti Rene Fazelə (İsveçrə) şəxsən təqdim edib. Medvedev bildirib ki, "Belə hörmətli insanlara dövlət mükafatlarının təqdim edilməsi həmişə yaxşı əhval-ruhiyyə yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB