“Rabitə” “Top Volley” beynəlxalq turnirində iştirak edəcək

“Rabitə” “Top Volley” beynəlxalq turnirində iştirak edəcək
Dekabrın 27-29-da İsveçrənin Bazel şəhərində qadın voleybol komandaları arasında "Top Volley" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu turnirdə Bakının "Rabitə" komandası da birincilik uğrunda mübarizə aparacaq. Turnirdə "Unilever Rio de Janeiro" (Braziliya), "Volero Zurich" (İsveçrə), "Racing Club de Cannes" (Fransa) və "Severstal Cherepovets" komandaları (Rusiya) iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə