Kliçko qardaşları Silvestr Stallone ilə birlikdə prodüserlik edəcəklər…

Kliçko qardaşları Silvestr Stallone ilə birlikdə prodüserlik edəcəklər…
Ukraynalı boksçular Vitali və Vladimir Kliçko qardaşları Hollivud aktyoru Silvestr Stallone ilə birlikdə dünya şöhrətli "Rokki" kinoepopeyasının motivləri əsasında müziklin həmprodüserləri olublar. Siasport.az saytı xəbər verir ki, artıq Hamburq operasında bu musiqili layihənin təqdimatı olub. Müziklin premyarası gələn il olacaq. Onun Brodveydə prokatı nəzərdə tutulub. Müzikli dram tamaşaları, buz şouları, konsert və müzikllərin quruluşu və prokatı ilə məşğul olan Stage Entertainment şirkəti təqdim edib. 1976-2006-cı illərdə boksçu Rokki Balboa haqqında 6 film ekranlara çıxıb. Müzikl 1 milyon dollar büdcə ilə 225 milyon dollar gəlir gətirən, üç "Oskar" mükafatına layiq görülən birinci hissə əsasında səhnələşdiriləcək. Qeyri-rəsmi məlumatlara görə, müziklin büdcəsi 15 milyon dollar civarındadır. Kliçko qardaşları və 1976-cı ildə çəkilmiş ilk filmin ssenari müəllifi və baş rolun ifaçısı Silvestr Stallone köhnə dostlardır. Ukraynalılar Stallonenin böyük pərəstişkarlarıdır. Hətta Vitali Kliçko Lennoks Lüislə döyüşdə eynən "Rokki" filmində olan idman forması geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə