“Sumqayıt Şəhər” komandası “Rəvan” la qarşılaşmaya hazırlaşır

“Sumqayıt Şəhər” komandası “Rəvan” la qarşılaşmaya hazırlaşır
Futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Simurq"a məğlub olan (0:1) "Sumqayıt Şəhər" komandası "Rəvan" ilə oyunun hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, Zaqatalada oyundan əvvəl zədə alan Ramil Həşimzadə və Murad Səttarlının müalicəsi davam edir. "Simurq"la qarşılaşmada zədələnən Ruslan Tağızadə və Orxan Əliyev də məşqlərdə iştirak etmirlər. Həmçinin Rəşad Kərimov, Samir Abdulov və Ruslan Qurbanovun isə zədəli olduğu üçün "Rəvan"la qarşılaşmada forma geyinməyəcəyi artıq dəqiqdir. Ötən həftə zədələnən Ruslan Nəsirli, Sahil Kərimov və kapitan Samir Abasov isə artıq məşqlərə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə