Bu gün AFFA-nın İntizam Komitəsi, Unibank Premyer Liqasının XIII turunun qalmaqallı "Qəbələ" - "Neftçi" matçında baş verən hadisələrlə bağlı qərar çıxarıb. Siasport.az saytı xəbər verir ki, çıxarılan bu qərar da başqalarından heç nə ilə fərqlənməyib."Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təsir göstərməyə cəhd ediblər. Lakin klubun nümayəndələrinin və polislərin köməkliyi ilə baş verən hadisə tez bir zamanda aradan qaldırılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, "Qəbələ" klubu təhlükəsizliyi təmin etmədiyi üçün 5000 manat cərimə olunub. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq. Oyunun 41-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı və matçın 90+2-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşi meydançaya daxil olduğu üçün klub 2000 manat cərimə olunub. Hakimlər Komitəsinə oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat vermək tapşırılıb. Milli.Az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB