“Neftçi” Qəbələdə rüsvay olub, Bahodir Nasimov çempionluqdan danışır...
Sən demə son qarşılaşmalarda oynadığı oyunla və hakim "dəstəyi" ilə özünü əməlli-başlı biabır edən "Neftçi" klubunda, komandanın hazırkı oyunundan məmnun olanlar və yenidən çempion olmaq həvəsinə düşənlər də tapılıbmış: "Komandamız bu mövsüm ancaq hücum üslubunda və açıq futbol oynayır. "Qəbələ" öz meydanında oynamasına baxmayaraq, demək olar ki, 90 dəqiqə müdafiə olunurdu." Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Bahodir Nasimov deyib. Futbolçu bildirib ki, "Qəbələ"nin doğma meydanda belə qapalı futbol oynayacağını gözləmirdim. Bugünkü "Neftçi"nin qarşısını almaq üçün rəqiblərin yeganə yolu müdafiə futbolu oynamaqdır. Liderliyə yüksəlmək şansımızı əldən verdik. Amma çempionat may ayında bitir. Çempionluq uğrunda mübarizəni davam etdiririk və itirilmiş xalların əvəzini mütləq çıxacağıq. Millidən zədəli döndüyüm üçün istənilən oyunu göstərə bilmədim. Bu görüşdəki hakimliklə bağlı çox danışırlar. Oyunun əvvəlində Flavinyodan top alarkən, rəqib futbolçunu keçmək istədim, o isə bilərəkdən əllə oynadı. Hakim 11 metrlik cərimə zərbəsi verməli idi, amma vermədi. Əslində, hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB