"Beşiktaş"lı şərhçi "Qalatasaray"lı futbolçunu heyvana bənzətdi...

"Beşiktaş"lı şərhçi "Qalatasaray"lı futbolçunu heyvana bənzətdi...
Sən demə, qolsuz heç-heçə ilə nəticələnən "Beşiktaş"-"Qalatasaray" derbisində yaşananlarla bağlı "zurna səsi" hələ sonra eşidiləcəkmiş. Siasport.az saytı xəbər verir ki, qarşılaşma zamanı sadəcə "Beşiktaş"lı azarkeşlərin rəqib futbolçuların üzərin butulka və kəsici alətlər atması ilə yekunlaşması gözlənilən gərginliyə daha biri əlavə olunub.
Belə ki, "Beşiktaş TV"nin şərhçisi Burhan Akdağ, "Qalatasaray"ın qaradərili futbolçusu Emanuel Ebounu kəskin şəkildə təhqir edib: "Mən onu hər gün "National Geographic"də (əsasən heyvanlar haqqında sənədli filmlərin nümayiş olunduğu televiziya kanalı) hər gün izləyirəm".
"Qalatasaray" azarkeşlərinin kəskin etirazından sonra Akdağ verdiyi açıqlamaya görə üzrxahlıq edib: "Bu ifadəni işlətmək istəmirdim. Sadəcə ağzımdan çıxdı. O kanalda aslanlar da göstərilir. Onları nəzərdə tutmuşdum. Hər kəsdən üzr istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə