Xalq Bank Azərbaycanda keçiriləcək dünya çempionatının tərəfdaşı olacaq
Gələn il Azərbaycanda keçiriləcək futbol üzrə U-17 qadınlararası dünya çempionatının yerli tərəfdaşlarından biri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu, Xalq Bankdır. Əməkdaşlıq müqaviləsi FIFA-nın baş ofisində, İsveçrənin Sürix şəhərində imzalanacaq. FIFA çempionatları həm FIFA partnyorları, həm də yerli tərəfdaşlar tərəfindən dəstəklənir. Qeyd edək ki, FIFA-nın rəsmi partnyorları SONY, Adidas, VISA, Emirates, Hyundai və Coca-Cola şirkətləridir. FIFA U-17 qadınlararası dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək. Çempionat zamanı 16 ölkənin 17 yaşadək qadınlardan ibarət komandaları qarşılaşacaq. Bu, Avropada keçiriləcək ilk U-17 qadınlararası dünya çempionatıdır və Azərbaycanda təşkil olunacaq ən böyük futbol tədbiridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB