Fernando Torres \"Barselona\"nın və Xosep Quardiolanın heyranı imiş

Fernando Torres \"Barselona\"nın və Xosep Quardiolanın heyranı imiş

İngiltərənin \"Çelsi\" futbol klubunun ispaniyalı ulduz futbolçusu Fernando Torres, sən demə \"Barselona\" heyranı imiş. Siasport.az saytı xəbər verir ki, keçən il Roman Abromoviçin 50 milyon avroya \"Liverpul\"dan transfer etdiyi, amma gözlənilən oyunu hələ də göstərə bilməyən və keçmiş klubu ilə keçirilən son qarşılaşmada \"Çelsi\" azarkeşlərini üzən F.Torres, İspaniyanın \"Barselona\" futbol klubunun son 2 il ərzində əldə etdiyi böyük uğurlara heyran olduğunu özünün şəxsi Twitter\" səhifəsində bəyan edib. Katalon klubunun son 2 il ərzində həm İspaniya çempionluğunu, həm UEFA Çempionlar Liqasını və ən nəhayət həm də UEFA Superkubokunu qazanmasını olduqca mühüm tarixi nailiyyət adlandıran ispaniyalı ulduz futbolçu, bu qələbədə \"Barselona\"dakı komanda oyununu və baş məşqçi Xose Quardiolanın yaratdığı oyun sisteminin rolunu əsas kimi göstərib. Hazırda \"Barselona\"nın dünyanın ən yaxşı klub olduğunu etiraf edən F.Torres, eyni zamanda Madrid \"Real\"ının da bu mövsüm əzəli rəqibi üzərində böyük üstünlük qazanacağına əmin olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə