Futbol üzrə “Coca-Cola məktəbli kuboku” turnirinin final oyunu keçirilib

Futbol üzrə “Coca-Cola məktəbli kuboku” turnirinin final oyunu keçirilib
Xətai rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında təşkil olunmuş futbol üzrə "Coca-Cola məktəbli kuboku" turnirinin final oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, həlledici qarşılaşmada Heydər Əliyev liseyinin komandası 1:0 hesabı ilə 17 nömrəli orta məktəbin kollektivinə qalib gəlib. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə