Andre Villaş-Boaş "Çelsi"nin futbolçularına sərt xəbərdarlıq etdi

Andre Villaş-Boaş "Çelsi"nin futbolçularına sərt xəbərdarlıq etdi
İngiltərənin "Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş, "zadəganlar"ın əksər futbolçularına sərt xəbərdarlıq edib. Siasport.az saytı xəbər verir ki, 33 yaşlı portuqaliyalı futbol mütəxəssisi, yola saldığımız turda "Liverpul"a doğma meydanda 1:2 hesablı məğlubiyyətin hər kəs üçün bir dərs olmasının vacib olduğunu deyərək, qış transfer dövründə ciddi islahatlara başlamalı olacağını da bəyan edib. 33 yaşlı baş məşqçi xüsusi ilə 50 milyon avroya "Liverpul"dan transfer olunan ulduz futboçu Fernando Torres ilə söhbətində ondan ona qarşı göstərilən etimadı doğrultmağı, "Çelsi" azarkeşlərinin rəğbətini qazanmaq üçün "ayaqlarını işə salmağı" tələb edib. "Mail Daily" qəzeti yazır ki, yenicə başlanan İngiltərə Premyer Liqasının arxada qalan bir neçə turu ərzində də elə keçən ilki mövsümdə göstərdiyi pis oyununu təkrarlayan F.Torresi bu sindromu dayandırmağa çağıran Villaş-Boaş, öz oyununda heç bir dəyişiklik yaratmayacağı təqdirdə onun "Çelsi"nin heyətində ilk 11-liyə daxil edilməyəcəyini qəti şəkildə onun diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə