2012-ci il London Olimpiadasında boksçu qadınların mini yubkada çıxış etməsinə icazə veriləcək?

2012-ci il London Olimpiadasında boksçu qadınların mini yubkada çıxış etməsinə icazə veriləcək?
London Olimpiadasında boksçuların turnirində zərif cinsin nümayəndələri mini yubkada çıxış edə bilərlər. Siasport.az saytı xəbər verir ki, bu imkan Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin gələn il yanvar ayında keçiriləcək iclasında müzakirə olunacaq. Qadınlar arasında boks yarışları ilk dəfə 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilib. Bu yarışlarda üç dəst mükafat uğrunda mübarizə gedəcək. Yarışların əsasnaməsində qadın idmançıların geyimi ilə əlaqədar məhdudiyyətlər nəzərdə tutulub. Qadınların rinqə mini yubkalarda çıxmasına hələlik icazə verilir. Məsələn, Rumıniya və Polşa yığma komandalarının idmançıları bu geyimdə çıxış edirlər. Bu həftə Londonda keçiriləcək olimpiadaqabağı test boks turnirində mini yubkalı qadınları görəcəyimiz istisna olunmur. Qadınların mini yubkalarda çıxış etməsinin tərəfdarı olan məmurların mövqeyi belədir ki, bu halda onları kişilərdən fərqləndirmək daha asan olacaq. Vaxtilə FİFA prezidenti Yozef Blatter zərif cinsin nümayəndələrinin daha cəlbedici görkəmə malik olmasını təklif edib: "Qoy qadınlar meydana kişilərlə müqayisədə daha cəlbedici geyimdə - bədənlərinə kip yapışan qısa tumanlarda çıxsınlar". Lakin boksçu qadınların özlərinin arasında mini yubkaların əleyhdarları vardır. Məsələn, üç dəfə dünya çempionu, irlandiyalı Keti Teylor rinqə heç vaxt mini yubkada çıxmayacağını bəyan edib: "Mən heç klublara gedəndə də mini yubka geyinmirəm, rinqdə isə bunu əsla geymərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə