Avropa-2012-nin final hissəsinin püşkatma mərasimində əsl şou göstəriləcək
"Avropa-2012 turnirinin final hissəsinin püşkatma mərasimində iştirak etmək üçün Ukraynaya təqribən 700 nəfər xüsusi dəvət almış qonaq gələcək."
Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə Ukrinforma müsahibəsində UEFA-nın Avropa-2012 turnirinin direktoru Markiyan Lubkivski deyib: "Onların arasında bir çox əfsanəvi futbolçular vardır. Dekabrın 2-də Kiyevdə bu mərasimin keçiriləcəyi "Ukrayna" Milli İncəsənət Sarayının qarşısında hündürlüyü 4 metr olan Anri Delone kubokunun buz heykəli ucaldılacaqdır. Bu mərasim zamanı turnirin rəsmi topunun təqdimatı olacaqdır. Ukraynaya 700 nəfər dəvət olunmuş qonaq gələcəkdir. Onların arasında UEFA prezidenti Mişel Platini FİFA prezidenti Yozef Blatter, tərəfdaşlar və sponsorlar, habelə əfsanəvi futbolçular, o cümlədən Zinəddin Zidan, Luis Suares, Alen Jires, Marko van Basten, Peter Şmeyxel də vardır". Püşkatma mərasimi "Gələcəyi birlikdə yaradaq" şüarı altında keçiriləcəkdir. Bayram konsertində müğənni Cəmalə, Virski ansamblı və UEFA-nın hələlik adını çəkmədiyi dünya ulduzu çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB