Artıq "Kəpəz" PFK-nın yeni baş məşqçisinin adı da məlum olub. Siasport.az saytı xəbər verir ki, bu, Mirbağır İsayevdir. Belə ki, Məlumata görə, klubun sponsoru olan AZNUR şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra bu qərara gəlinib. M.İsayev sabahdan etibarən işə başlayacaq. Qeyd edək ki, "Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçisi Mehman Allahverdiyev və komandanın məşqçilər korpusu bu gün istefa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB