Deyəsən, futbol üzrə Türkiyə milli komandasını Avro-2012-yə çıxara bilməyən Quus Hiddink, indi də gözünü Mahaçqalanın \"Anji\" futbol klubunun pullarına dikib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol mütəxəssisi, Türkiyə millisinin sükanı arxasından qovulmasından 40 gün keçməmiş \"Anji\"nin ona baş məşqçi təklifini prinsipcə qəbul etdiyini açıq şəkildə dilə gətirib. O bildirib ki, Rusiya klubunun ona etdiyi təklf çox cəlbedici görünür: \"Rusiyada olan dostlarım məni \"Anji\"nin təklifi ilə tanış etdilər. \"Anji\"nin təklifi çox cəlbedici görünür. Onların layihəsi diqqətimi çəkdi. Çünki bu layihə təkcə futbolla bağlı deyil. \"Anji\"nin yoxsulluq içində yaşayan bölgəyə təsiri də danılmazdır. Orada xalq üçün də bir şeylər etmək imkanınız olacaq. Ancaq karyeramla bağlı tələsik qərar vermək istəmirəm. Bir qədər zamana ehtiyacım var\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB