"Fənərbaxça" Türkiyə Superliqasında vahid liderə çevrildi!

"Fənərbaxça" Türkiyə Superliqasında vahid liderə çevrildi!
Yola saldığımız həftədə Türkiyə Superliqasında XI turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, turun mərkəzi qarşılaşmasında Türkiyənin iki nəhəng futbol klubu olan "Beşiktaş" və "Qalatasaray" "İsmət İnönü" stadionunda üz-üzə gəliblər. Olduqca gərgin mübariz şəraitində keçən derbi qarşılaşmasında qolsuz heç-heçə qeydə alınsa da, hər iki komandanın olduqca əlverişli qol imkanlarının olması, diqqətdən yayınmayıb. Bu kritik qol vəziyyətlərində isə hər iki komandanın çərçivə qoruyucularının ustalığı hesabın açılmasına mane olub. Qarşılaşmada doğma komandalarının vacib iki xal itirmələrini qəbul edə bilməyən "Beşiktaş" azarkeşləri isə, meydandakı "Qalatasaray"lı futbolçulara kəsici alətlər, su butulkaları vı digər zərərli maddələr atmağa başlayıblar. Yalnız asayiş keşikçilərinin müdaxiləsindən sonra baş verənlərə son qoyulub.
Əzəli rəqiblərinin xal itkisindən mamksimum yararlanan və turnir cədvəlinin vahid lideri olan İstanbulun bir başqa nəhəng futbol klubu olan "Fənərbaxça" isə "Şükrü Saracoğlu"da qəbul etdiyi "Eskişehirspor"u bir cavabsız qolla məğlub edərək xalını 24-ə çatdılrıb. Keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Mersin İdmanyurdu" - "Trabzonspor" - 1:1
"Ankaragücü" - "Karabükspor" - 2:1
"Kayserispor" - "Orduspor" - 1:0
"Fənərbaxça" - "Eskişehirspor" - 1:0
"Antalyaspor" - "İstanbul BB" - 2:1
"Sivasspor" - "Gənclərbirliyi" - 1:1
"Qaziantepspor" - "Manisaspor" - 1:1
"Beşiktaş" - "Qalatasaray" - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə