Paralimpiyaçılarımız cüdo üzrə Avropa çempionatında daha üç medal qazanıblar
Azərbaycan paralimpiyaçıları Londonda keçirilən cüdo üzrə Avropa çempionatında daha üç medal qazanıblar. Siasport.az saytı xəbər verir ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev (100 kiloqramdan artıq) çempionatın qızıl medalını əldə edib. Zakir Müslimov (100 kiloqram) ikinci, Kərim Sərdarov isə üçüncü olublar. Qeyd edək ki, yarışların elə ilk günü Bayram Mustafayev 66 kq çəki dərəcəsində finalda Rusiya idmançısını asanlıqla məğlubiyyətə uğradaraq, ilk qızıl medalı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB