Bir dəfə də olsun “Everton”un heyətində meydana çıxmayan Araz Abdullayev “Renn”də oynamağa hazırlaşır…
Bakının "Neftçi" futbol klubunun yetirməsi Araz Abdullayev Fransanın "Renn" klubunun maraq dairəsinə düşüb. Siasport.az saytı xəbər verir ki, hazırda müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan, amma bir dəfə də olsun bu klubu heyətində meydana çıxmayan və icarə əsasında "Neftçi"də oynayan istedadlı yarımmüdafiəçi bununla bağlı fikirlərini açıqlayıb: "İşçi vizası probleminə görə İngiltərə Premyer Liqasında çıxış edə bilmirəm. Buna görə də, icarə əsasında Avropanın digər klublarına keçməyim mümkündür. Hər iki klubun menecerləri bunun üzərində çalışırlar. Avropanın "Renn" kimi güclü klubunun mənimlə maraqlanmasından məmnunam. Lakin hazırda zədəliyəm, müalicə olunuram. "Renn"in düşərgəsinə yollanmaq istərdim. Amma bu, "Neftçi" və "Everton" rəhbərliyinin razılığından sonra mümkün ola bilər. Hər bir halda "Renn"də oynamağa hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB