Dimitar Berbatov daha bir il "Mançester Yunayted"in şərəfini qoruyacaq

Dimitar Berbatov daha bir il "Mançester Yunayted"in şərəfini qoruyacaq

"Mançester Yunayted" klubunun hücumçusu Dimitar Berbatov daha bir il komandasında qalacaq.

Bu barədə "Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson açıqlama verib:


"Mən yenə də Berbatovun çıxışını səbirsizliklə gözləyirəm. Son zamanlar Berbatovun komandadan gedəcəyi haqda müxtəlif xəbərlər eşidirəm.


Lakin onun "Mançester Yunayted"dən getməsi üçün heç bir səbəb yoxdur. Mən Berbatova daha bir il şans vermək niyyətindəyəm. O, peşəkar futbolçudur və düşünürəm ki, komandada az oynamasından şikayət etmir".


Qeyd edək ki, Berbatovun qışda Rusiyanın "Anji" klubuna transfer olunacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə