Baku Fires İstanbulda qələbə qazandı

Baku Fires İstanbulda qələbə qazandı

İstanbulun Əhməd Cömərt İdman salonunda Ümumdünya Boks Seriyasının (WSB) 2-ci turun matçında Türkiyənin İstanbul Bosphorus və Azərbaycanın Baku Fires komandaları qarşılaşıblar. SİA-nın xəbərinə görə, 5 döyüş nəticəsində qələbəni Fires qazanıb – 3:2.

İstanbul Bosphorus - Baku Fires

54 kq. Murat Temur (Türkiyə) – Qairbek Qermaxanov (Azərbaycan) – 4-cü raundda Qermaxanov texniki nokautla qalib gəlib

61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan) – 46:49, 46:49, 46:49

73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus) – 48:47, 49:46, 49:46

85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan) – 46:49, 47:48, 46:49

+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:45, 50:45

Turnir cədvəli:

Baku Fires – 6 xal, döyüşlərin fərqi – 8-2 (2 matçdan sonra)

Leipzig Leopards – 3, 4-1 (1)

Paris United – 3, 3-2 (1)

Istanbul Bosphorus – 2, 4-6 (2)

Mexico City Guerreros – 0, 1-4 (1)

Wuxi Dragons – 0, 0-5 (1)

Noyabrın 19-da "В" qrupunda daha iki matç baş tutacaq: Vuxi Draqons (Çin) - Leipzig Leopards (Almaniya), Mexico City Guerreros (Meksika) - Paris United (Fransa).

Baku Fires növbəti görüşünü dekabrın 2-də Fransada Paris United komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə