Bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb
Noyabrın 18-də Şağan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb. Yarışlarda 5 yaş qrupunda (1996-1998, 1999-2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) 110 gimnast mübarizə aparır. Gimnastlar həm çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparırlar.

İki gün davam edəcək yarışlara "Neftçi", "Spartak", "Sərhədçi", "Zirvə", "Təhsil", eləcə də Bakı Gimnastika Məktəbi, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbinin gimnastları ilə yanaşı, Gəncə, Sumqayıt və Xırdalan idmançıları da qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə