CNN Azərbaycan futbolu barədə növbəti süjetlər yayımladı!

CNN Azərbaycan futbolu barədə növbəti süjetlər yayımladı!
Dünyanın tanınmış CNN televiziya kanalında Azərbaycan haqqında silsilə süjetlər yayımlayıb. Siasport.az saytı xəbər verir ki, yeni verilişdə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" ilə bağlı noyabrın əvvəllərində ölkəmizə gəlmiş FİFA-nın geniş tərkibli nümayəndə heyəti barədə məlumat verilib, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşq prosesindən çəkilmiş kadrlar göstərilib, həmçinin yığmanın üzvlərinin müsahibələri yer alıb. Bundan əlavə, CNN televiziyasının AFFA-nın baş katibi Elxan Məmmədovla müsahibə də yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə