Azərbaycan idmançıları kunq-fu sanda üzrə dünya çempionatında 5 medal qazanıblar

Azərbaycan idmançıları kunq-fu sanda üzrə dünya çempionatında 5 medal qazanıblar

ABŞ-ın Florida ştatının Orlando şəhərində kunq-fu sando üzrə dünya çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 54 ölkədən 600 idmançı mübarizə aparıb. Kişilərin mübarizəsində 60 kiloqram çəki dərəcəsində yarışan Ramil Allahverdiyev 12-ci dəfə dünya çempionu adını qazanıb. Samit Bəşirov (95 kq) qızıl, Kamil Qocayev (80 kq) gümüş, Rövşən Həşimov (75 kq) isə bürünc medal qazanıblar. Gənclərin yarışında isə Hüseyn Əliyev (45 kq) ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə