"Neftçi" Unibank Premyer Liqasının XIII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, çətin "Qəbələ" qarşılaşmasına hazırlaşan "ağ qaralar", bu gün klubun bazasındakı meydançada məşq edəcəklər. Paytaxt təmsilçisi noyabrın 19-da Qəbələyə yollanacaq. "Neftçi" sabah matçın baş tutacağı stadionda məşq keçəcək. Xatırladaq ki, bazar günü keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB