Gələn il keçiriləcək Latvian Open şahmat festivalında adlı-sanlı şahmatçılar iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, Fevralın 14-20-də festival çərçivəsində Mixail Tal Fondunun himayəsi altında əfsanəvi şahmatçının qızı Janna Talın təşkilatçılığı ilə yaşlı şahmatçılar üçün Mixail Tal memorialı, uşaqlar üçün Aleksey Şirov Kuboku yarışları keçiriləcək. Birinci turnirdə 10 qrossmeyster, o cümlədən Şəhriyar Məmmədyarov (Azərbaycan), Ulf Anderson (İsveç), Vasili İvançuk (Ukrayna), Andrey Sokolov (Fransa) və Aleksandr Morozeviç (Rusiya) iştirak edəcəklər. Turnir həm Riqada, həm də Yurmalada keçiriləcək. Buna səbəb Janna Tal bu yarışı ənənəvi etmək və Latviyada şahmat ənənələrini dirçəltmək niyyətindədir. 1937- 1939-cu illərdə Kemeridə nüfuzlu beynəlxalq şahmat turnirləri keçirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB